Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr bildirir ki, son zamanlar belə əməliyyatlar çox olur, Qərb şirkətləri sanksiyalara görə Rusiya bazarını tərk edir, Rusiya şirkətləri isə hakimiyyətin dəstəyi ilə onların aktivlərini alırlar.
“Son əməliyyatın yeni alıcısının adı açıqlanmayıb. “Bunge” neft emalı biznesi Ermənistanın “Hayrenik” (Vətən) partiyasının sədri, Ermənistan Milli Təhlükəsilik Xidmətinin (MTX) sabiq direktoru Artur Vanetsyanın qardaşı Karen Vanetsyanın “Exoil Group” şirkətinə satılıb.
130 milyon dollarlıq biznesin baş direktoru Qreq Hekman “aqrobiznes sahəsində iyirmi beş illik təcrübəyə malik Vanetsyanın rəhbərliyi altında komandanın müştərilərin ehtiyaclarını qarşılamağa davam edəcəyinə” əminliyini ifadə edib. Məlum olub ki, bu, Karen Vanetsyanın ikinci fabrikidir, o, birincisini 2014-cü ildə sıfırdan yaradıb və 1997-ci ildən bu sahədə fəaliyyət göstərir. Bu fabrikin alınması ilə Karen Vanetsyanın “ExOil Group” MMC Rusiya bazarında ən böyük istehsalçıya çevrilib. Zavod Voronejdə yerləşir”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu
Ordu.az