“Past”: KTMT mövzusu hələ də aydın deyil, Paşinyan sərt heç nə etməməyə çağırıb

2022/09/regnu-1663844572.jpg
Oxunub: 530     16:52     22 Sentyabr 2022    
Son sərhəd insidentindən sonra Ermənistanda Rusiya Federasiyasına və KTMT-yə münasibət kəskin şəkildə pisləşib.

Ordu.az xəbər verir ki, bu barədə “Past” nəşri yazıb.

Müəllif qeyd edir ki, burada təkcə ictimaiyyətin Qərb qanadı deyil, hakimiyyət nümayəndələri də narazılığını ifadə edib.

Məlumata görə, Ermənistan hakimiyyəti daxilində dəqiq fikir yoxdur, KTMT-dən çıxmaqla bağlı son dərəcə ziddiyyətli fikirlər dolaşır.

“Partiyanın qərbyönümlü bloku əvvəl strukturu tərk etməkdə israrlıdır. Mənbəmiz iddia edir ki, ABŞ səfiri ilə görüşdə də bu məsələ müzakirə olunub. Xüsusilə, bizdə məlumat var ki, qərb qanadının nümayəndələrinə yazılar və müsahibələr vasitəsilə ardıcıl olaraq açıq-aşkar anti-Rusiya tezisləri yaymaq, KTMT-nin hərəkətlərini sərt tənqid etmək, KTMT-dən tez çıxmaq mövzusunu yaymaq tapşırılıb.

Əldə etdiyimiz məlumata görə, Nikol Paşinyan komanda yoldaşlarını indiki mərhələdə aşkar şəkildə kəskin heç nə etməməyə, “altdan” işləməyə və KTMT-dən çıxmaq məsələsində çox fəal olmamağa çağırıb”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin