Paşinyan Yerablurda “dəhlizi” necə açdı?

2022/09/pash--1663844464.jpg
Oxunub: 654     16:25     22 Sentyabr 2022    
“Yerablurda baş verən biabırçılığı mətn formasında ifadə etmək çox çətindir. Əslində bu hakimiyyətin simasıdır, təəccüblənəcək heç nə yoxdur və bu birinci hal deyil”.

Ordu.az xəbər verir ki, bunu “Past” nəşri yazıb.

Müəllif qeyd edir ki, üsusilə, Paşinyan artıq bir dəfə Yerabluru “ələ keçirmə” əməliyyatını həyata keçirib, öz tərəfdarları ilə yürüş edib, ölən erməni hərbçilərin yaxınlarını sıxışdırıb.

“Dünən heç kimlə görüşməsin, heç kəs onunla görüşməsin deyə onlarla başqa maskalı adamla səhər tezdən Yerablura gedib. Amma hərbçilərin valideynləri artıq orada idilər və “qırmızı beretlilər” “Nikol dəhlizi”ni açmaq üçün əməliyyat həyata keçirib. Nəticədə onlarla insan saxlanılıb.

Polisin davranışı bəzi maskalı və guya “bitərəflər” tərəfindən “qəbuledilməz” kimi qiymətləndirilib, bütün günahı “qırmızı beretlilərin” üzərinə atmağa çalışıblar, təbii ki, onlar kiminsə əmrini yerinə yetirib. O da doğrudur ki, əmrə əməl etmək onların əməllərinin əxlaqsızlığını azaltmır”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin