“Hraparak”: Erməni hərbçilər deputatlardan köynək-tuman əvəzinə, silah-sursat gətirmələrini istəyiblər

2022/09/Nikol-1663844403.jpg
Oxunub: 475     15:25     22 Sentyabr 2022    
Nikol Paşinyanın ordunun əvvəlki illərdən fərqli olaraq tam təchiz edildiyini deməsinə baxmayaraq, sərhəddə baş verən son eskalasiya zamanı Paşinyanın parlamentdəki komanda yoldaşları əsgərlərə bir neçə qutu köynək və tuman, lampalar və çadırlar aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə “Hrparak” nəşri yazıb.

Nəşrin məlumatına görə, erməni hərbçilər deputatlara deyiblər ki, köynək-tuman əvəzinə silah-sursat təmin olunması daha yaxşı olardı.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Böhran  


Bizi "telegram"da izləyin