“Pelosinin səfərinin mesajı belə idi: biz sizə şans vermək üçün buradayıq” -Sarafyan

2022/09/1663844214.jpg
Oxunub: 570     20:35     22 Sentyabr 2022    
“Diasporadakı bir çox insan bizim niyə bu qədər dağınıq olduğumuzu düşünür”.

Ordu.az xəbər verir ki, bunu Sosial-Demokrat Hnçak Partiyasının Mərkəzi Departamentinin sədri Hambik Sarafyan deyib.

Sarafyan hakimiyyətin siyasətinin diasporun marağını müəyyən etdiyini düşünmür: “Diasporada dəqiq müəyyən edilmiş partiya strukturları yoxdur, hamısı ermənipərəstdir. Bütün ölkələrin maraqlarının necə yenidən qurulduğunu anlamaq lazımdır”.

Sarafyanın fikrincə, insanlar hakimiyyət əleyhinə manyaklığa o qədər qarışıblar ki, ABŞ-ın Ermənistana münasibətini görmürlər.

“Pelosinin səfərinin mesajı belə idi: biz sizə şans vermək üçün buradayıq və çətin vəziyyətdə olmanızı istəmirik. Vəziyyət dəyişdi. ABŞ regionda fəal rola başlayır”, - deyə o bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Diaspor  


Bizi "telegram"da izləyin