“Pelosi Ermənistanın yox, ABŞ-ın maraqlarını müdafiə edirdi” - Xaçaturyan

2022/09/HDKH_-1663844125.jpg
Oxunub: 497     15:55     22 Sentyabr 2022    
“Pelosinin İrəvanda müzakirə etdiyi mövzuları nəzərə alsaq, o, qismən Rusiya, qismən də İranı hədəfə alıb, bu, bizim üçün qətiyyən qəbuledilməzdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Daşnaksütun partiyasının nümayəndəsi Hakob Ter-Xaçaturyan deyib.

O qeyd edib ki, Pelosi, Frank-Pallon və başqaları nə qədər ermənipərəst mövqe tutsalar da, onlar Ermənistanın yox, ABŞ-ın maraqlarını müdafiə edirlər.

“Bu maraqlar üst-üstə düşmür. Xüsusilə İranla münasibətlərdə bizim maraqlarımız eyni deyil. Ermənistan-İran münasibətləri bizim ən mühüm halqamızdır, çünki İran Ermənistanın sərhədlərinə istəklərinə ən düzgün münasibət bəsləyir. Rusiyanın timsalında ABŞ Qərblə Rusiya arasındakı münaqişədən istifadə etməyə, təsirini bu bölgədə yaymağa çalışır”, - deyə Ter-Xaçaturyan bildirib.

Onun sözlərinə görə, Ermənistan KTMT-dən çıxmalı deyil, ona təzyiq göstərməlidir: “Ermənistanın zəifliyindən və xaotik vəziyyətdən istifadə edərək, istiqaməti dəyişmək imkanı yaradılıb, lakin bunun Ermənistan üçün hər hansı müsbət effekt verəcəyini düşünmürük”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin