Erməni partiya sədri: “KTMT-dən çıxmaq nə deməkdir? Neçə gün Azərbaycana müqavimət göstərə bilərik?”

2022/09/1663843979.jpg
Oxunub: 1073     19:10     22 Sentyabr 2022    
“Biz həmişə iki qonşu düşmən dövlətin olduğunu bəyan etmişik və eyni zamanda elan etmişik ki, bu dövlətlərlə münasibətləri hansısa formada tənzimləməyə çalışmaq məcburiyyətindəyik”.

Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının rəhbəri Yervand Tarverdyan deyib.

O, hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çağırıb.

“Ərdoğanla danışıqlar çox çətin və mürəkkəb prosesdir. Bununla əlaqədar mən hökumətimizə təklif etdim ki, müttəfiq tərəfdaşımız Rusiyadan bu danışıqlarda iştirak etməyi xahiş etsin. Hökumətimizdə Ərdoğanla birbaşa danışıq apara biləcək bir adam görmürəm”, - deyə Tarverdyan bildirib.

Yervand Tarverdyanın sözlərinə görə, Ermənistanın hərbi yardıma ehtiyacı var. KTMT hərbi platforma kimi kifayət qədər passivdir.

“Ola bilsin ki, Ermənistan həmin struktura daxil olanda ovaxtkı Ermənistan rəhbərliyi bunun bizə hansı faydalar verdiyini və hansı öhdəliklərin yarandığını təhlil etməli idi. Düşünürəm ki, bu, sadəcə olaraq, KTMT-yə üzv dövlət olaraq silah almaq üçün imtiyazlı şərtlərimiz var və bu gün baş nazirimiz elan edir ki, pulumuz var, amma silah ala bilmirik.

Təhlükəsizlik aləti olmadan bizim hərbi-siyasi əməkdaşlığımızı dəyişməyə haqqımız yoxdur. KTMT-dən çıxmaq, Rusiya ilə müqaviləni ləğv etmək nə deməkdir? Subay qalmaq? Bu gün biz müxtəlif dövlətlərdən, o cümlədən Rusiyadan kömək diləyirik, deyirik ki, bu gün bizim ordumuz yoxdur, Azərbaycanla hərbi əməliyyatlara getməyə belə hazır deyilik. Bu və ya digər dövlətə dəstək verən insanlar onun təhlükəsini dərk edirmi? Ermənistan neçə gün Azərbaycana müqavimət göstərə bilər?”, - deyə partiya sədri bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Ermənistan  


Bizi "telegram"da izləyin