“Hraparak”: Separatçılar niyə narahatdırlar?

2022/09/image-1663843935.jpg
Oxunub: 809     16:05     22 Sentyabr 2022    
Qondarma qurumun bir qrup “nümayəndəsi” Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qoşunlarının komandanı Andrey Volkov ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr bildirir ki, Laçın dəhlizinin yeni marşrutu ilə bağlı müzakirələr aparılır.

“Komandir dəhlizin təhlükəsizliyinin tamamilə Rusiya sülhməramlılarının məsuliyyəti altında olduğunu bildirib və əlavə edib ki, hazırkı inşa işlərinin başa çatdırılması ilə mövcud problemlər də aradan qalxacaq”, - deyə məqalədə bildirilir.

Müəllif yazır ki, Qarabağdakı ermənilər Azərbaycan nömrə nişanlı avtomobillərin mütəmadi olaraq yeni yolda görünməsindən narahat olub. Rus komandir bildirib ki, onlar yük daşıyır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   RusiyaRusiyaQarabağQarabağ  


Bizi "telegram"da izləyin