Peskov Medvedçukun mübadiləsi ilə bağlı məlumatları şərh etməyib

2021/09/61374-1631095618.jpg
Oxunub: 372     14:49     22 Sentyabr 2022    
Kremlin mətbuat katibi Dmitri Peskov ukraynalı rusiyapərəst siyasətçi Viktor Medvedçukun mübadiləsi ilə bağlı məlumatları şərh etməyib.

Ordu.az xəbər verir ki, Kremlin sözçüsü Medvedçukun mübadiləsi ilə bağlı suala “Bu barədə şərh vermək səlahiyyətim yoxdur”, - deyə cavab verib.

Qeyd edək ki, dünən Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsi baş verib. Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə həyata keçirilən əsir mübadiləsi zamanı Rusiyanın Ukraynaya “Azov” batalyonunun komandirləri də daxil olmaqla 200-dən çox, Ukraynanın isə qarşı tərəfə 55 nəfər əsir verdiyi açıqlanıb. Rusiyapərəst siyasətçi Viktor Medvedçukun da Rusiya tərəfinə verildiyi barədə məlumatlar yayılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin