Kreml səfərbərlik elan edilməsinin səbəbini açıqlayıb

2021/09/15483-1630570894.jpg
Oxunub: 548     14:31     22 Sentyabr 2022    
“De-fakto Rusiya NATO-ya qarşıdurmadadır. Bu, qismən səfərbərlik elan etmək zərurətinə səbəb olub”.

Ordu.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, qismən səfərbərlik elan edildikdən sonra da Ukraynadakı xüsusi əməliyyatın statusu dəyişməyəcək və müharibə sayılmayacaq.

Peskov onun da bildirib ki, hökumət qismən səfərbərlikdən kimin möhlət hüququna malik olduğunu müəyyən edən sənəd hazırlayır.

Kremlin sözçüsü aeroportlarda yaşanan ajiotajla bağlı məlumatların çox şişirdildiyini söyləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   NATO  


Bizi "telegram"da izləyin