Ordu.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Real TV”yə müsahibəsində deyib.
O bildirib ki, müxtəlif ölkələrin ikili standartları adətən həmin ölkələrdəki seçkilər ərəfəsində özünü büruzə verir.
C.Bayramov vurğulayıb ki, həm Fransada, həm ABŞ-da, çox böyük erməni lobbisi var.
“Onlar seçki prosesləri zamanı kampaniyaları dəstəkləyirlər. Dünyada baş verən bu proseslər siyasətin reallıqlarıdır. Biz təmkinli olmalıyıq. Bizim heç bir illuziyamız yoxdur. Ancaq sözümüzü deyəcəyik”, - XİN başçısı bildirib.
Ordu.az