“Heç bir ölkənin əsgəri bizim ərazilərimizdə səngər qazmağa gəlməyəcək” – Ohanyan

2021/10/Seyra-1634205602.jpg
Oxunub: 834     14:01     22 Sentyabr 2022    
“Kiçik dövlətimiz geosiyasi güc mərkəzlərinin toqquşmasının mərkəzində ciddi problemlərlə üz-üzədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, sabiq müdafiə naziri Seyran Ohanyan deyib.

O, Paşinyan hökumətinin sülh gündəmini tənqid edib və buna qarşı çıxıb.

“Ermənistanın əbədi olması üçün biz ədalət və sülh istəməməli, döyüşməliyik”, - deyə Ohanyan qeyd edib.

Sabiq erməni nazir 44 günlük müharibədən sonra “müstəqillik günü”nün çox fərqli olduğunu bildirib.

“Əvvəllər biz paradlar, bayramlar keçirirdik. Bu gün isə müstəqilliyimizin elementlərini gündən-günə itiririk. Bunun iki əsas səbəbkarı var. Bunlardan biri Azərbaycan-Türkiyə, digəri Ermənistanın bugünkü hakimiyyət orqanlarıdır. Erməni xalqı ölkəmizi müharibəyə sürükləyən, müharibə zamanı heç bir iş görməyən, suverenliyimizi qorumaq üçün hələ də heç bir iş görməyən bu cür hakimiyyətə layiq deyil”, - deyə o vurğulayıb.

Ohanyanın sözlərinə görə, Ermənistanın bugünkü hakimiyyəti uduzmuş vəziyyətdədir, danışıqlar apara bilmir: “Bizim vəzifəmiz məğlub olan hakimiyyətlərdən qurtulmaq və danışıqlar aparan şəxsi dəyişmək olmalıdır”.

Keçmiş erməni nazir qeyd edib ki, bugünkü Ermənistan hakimiyyətinin 44 günlük müharibədən sonra silah çatışmazlığını elan etmək hüququ yoxdur.

“44 günlük müharibədən sonra onlar müdafiə xarakterli strateji baxış keçirməli, nəticədə silahlı qüvvələrin inkişafı və silahlı qüvvələrin silah-sursatının və hərbi texnikasının inkişafı üzrə dövlət proqramı tərtib etməli idilər. Yerli istehsalın təşviqi istiqamətində ciddi işlər görülməli idi. Silah və hərbi texnikanın problemləri elədir ki, heç kim bu barədə ictimaiyyətə danışmamalıdır. Bu haqda danışan hakimiyyətin ən azı hakimiyyətdə qalmağa haqqı yoxdur. “Mayka-tuman” siyasətini həyata keçirən hökumət dərhal hakimiyyəti tərk etməlidir. Əgər silahın yoxdursa, sənin nə haqqın var ki, mükafat paylayırsan?”, - deyə o bildirib.

Ohanyan bildirib ki, Ermənistan Qərblə Şərqin kəsişmə nöqtəsində yerləşir: “Lakin coğrafi baxımdan biz KTMT regionuna daha yaxınıq, postsovet ölkəsi kimi müdafiə və bütün digər məsələlərdə bu istiqamətə inteqrasiya olunmuşuq”

Seyran Ohanyan qeyd edib ki, hər bir təşkilatın həm aparıcı tərəfləri, həm də çatışmazlıqları var. “NATO-da da eyni çatışmazlıqlar var. O strukturda münaqişədə olan ölkələr var, məsələn, Türkiyə və Yunanıstan. KTMT-də qərar qəbul etmə prosedurlarında müəyyən qüsurlar varsa, biz buna niyə sevinirik? Bugünkü hakimiyyət KTMT-nin qərar qəbul etmə prosedurlarını gücləndirmək, KTMT-ni gücləndirmək üçün nə edib? Niyə bizim KTMT baş katibimizi həbs etməyə cəhd ediblər?

KTMT-yə müraciət etməzdən əvvəl Ermənistan hakimiyyəti daxildə qərar qəbul etməli, ölkəni səfərbər etməli, orduya dəstək verməli idi. Heç bir ölkənin əsgəri bizim ərazilərimizdə səngər qazmağa gəlməyəcək”, - deyə erməni deputat bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ohanyan   KTMT  


Bizi "telegram"da izləyin