Medvedev: “Rusiya öz yolunu seçib, geriyə yol yoxdur”

2021/02/21121-1612168699.jpg
Oxunub: 592     13:50     22 Sentyabr 2022    
"Referendumlar keçiriləcək, Donbas respublikaları və digər ərazilər Rusiyanın tərkibinə qəbul ediləcək".

Ordu.az xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev özünün Telegram kanalında dövlət başçısı Vladimir Putinin bir gün əvvəl vətəndaşlara xüsusi televiziya müraciətində elan etdiyi əsas qərarları şərh edərkən yazıb.

Medvedev bildirib ki, istefada olan "axmaq generallar"ın NATO-nun Krıma zərbə endirməkdən danışaraq Rusiyanı qorxutmasına ehtiyac yoxdur: “Hipersəs raketlərimiz Avropa və ABŞ-dakı hədəflərə daha sürətli çatmağa zəmanət verir. Qərb isteblişmenti isə, ümumiyyətlə, NATO ölkələrinin bütün vətəndaşları başa düşməlidirlər ki, Rusiya öz yolunu seçib. Geriyə yol yoxdur”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin