ABŞ Somalidə “Aş-Şabab”ın 27 yaraqlısını zərərsizləşdirib

2020/04/thumb-1586581324.jpg
Oxunub: 3461     07:11     22 Sentyabr 2022    
ABŞ-ın Afrika Qüvvələri Komandanlığının (AFRICOM) məlumatına görə, Somalidə həyata keçirilən hava hücumu zamanı “Aş-Şabab” silahlı qruplaşmasının 27 üzvü öldürülüb.

Ordu.az "Anadolu"ya istinadən xəbər verir ki, ABŞ son aylarda Somaliyə xüsusi təyinatlı bölmələr yerləşdirib və bu ölkədə "Aş-Şabab" terror təşkilatına qarşı hava hücumlarını davam etdirir.

"ABŞ-ın Afrika Komandanlığı Somali federal hökumətinin müraciəti ilə Buulobard şəhəri yaxınlığında Somali Milli Ordusunun qüvvələrinə hücum edən “Aş-Şabab” terrorçularına qarşı hava hücumları təşkil edib. Hava hücumu nəticəsində 27 terrorçu öldürülüb. Heç bir mülki şəxs xəsarət almayıb”, - açıqlamada qeyd edilir.

“Bu, Somali Keçid Missiyası və Afrika İttifaqının son beş ildə həyata keçirdiyi ən böyük hücum əməliyyatıdır”, - məlumatda bildirilir.

“Aş-Şаbab” terror təşkilatı Somalidə təhlükəsizlik qüvvələrinə və mülki şəxslərə qarşı sistemli şəkildə hücumlar təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Somali  


Bizi "telegram"da izləyin