Azərbaycan lideri: "Laçın və Kəlbəcərin azad edilməsi xüsusi əhəmiyyət kəsb edir"

2022/09/1663774493.jpg
Oxunub: 400     18:33     21 Sentyabr 2022    
Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.

Ordu.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında bildirib.

"Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir. Bizim bütün şanlı Vətən müharibəmiz şanlı tariximizdir. Ancaq xüsusi strateji əhəmiyyətini, çətin relyefi, ağır, soyuq iqlimi nəzərə alsaq, Laçın və Kəlbəcər rayonlarının azad edilməsi xüsusi əhəmiyyət kəsb edir. Laçın və Kəlbəcər rayonları 1990-cı illərin əvvəllərində işğal edilərkən faktiki olaraq Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yaradılmışdı. Laçın rayonu 1992-ci il mayın 18-də, Kəlbəcər rayonu 1993-cü il aprelin əvvəlində işğal altına düşmüşdü və beləliklə, ermənilər öz arzularına çatmışdılar. Onlar hesab edirdilər ki, bu torpaqlarda əbədi yaşayacaqlar. Hesab edirdilər ki, buna nail olacaqlar. Görürdülər ki, onlara himayədarlıq edən bir neçə ölkə, onların cinayətlərinə göz yuman, bu məsələlərlə bilavasitə məşğul olan təşkilat buna biganə qaldı. Sanki onlara bəraət qazandırırdılar və daha da azğınlaşırdılar. İşğalın ilkin mərhələsində bizim bütün yaşayış məntəqələrimizi dağıtmışdılar. Ancaq sonra hiss etdilər ki, artıq bunların cinayəti cəzasız qalır, burada qanunsuz inşaat işlərinə başladılar, o cümlədən Laçın şəhərində, o cümlədən Zabux və Sus kəndlərində", - dövlət başçısı qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev   Laçın   Kəlbəcər  


Bizi "telegram"da izləyin