Erməni ekspert: “Rusiya mediası Ermənistan üçün milli təhlükəsizlik problemi olan dezinformasiya yayır”

2022/09/artur-1663759019.jpg
Oxunub: 531     19:27     23 Sentyabr 2022    
“Rusiya mətbuatında ermənipərəst olmayan yazılar var və bu, narahatedicidir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “CyberHUB” mərkəzinin həmtəsisçisi Artur Papyan deyib.

Papyan hesab edir ki, Ermənistan XİN Rusiya mediasının davranışına hansısa formada cavab verməlidir.

“Rusiya mediası Ermənistan üçün milli təhlükəsizlik problemi olan dezinformasiya yayır. XİN deyilsə, heç olmasa Ermənistan səfirliyi Rusiya mediasının dezinformasiyalarına cavab verməlidir. Rusiya Federasiyasında Ermənistan daxilində daxili siyasi problemləri həll edən erməni media oliqarxları var. Çaxnaşma yaymaq üçün müəyyən bir tendensiya var, kimin maraqlarına xidmət etdiklərini başa düşmək lazımdır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin