Erməni ekspert: “Müharibə baş versə, bu, İrəvandan 2 saatlıq məsafədə olacaq”

2022/09/85-16-1663757695.jpg
Oxunub: 36335     12:39     22 Sentyabr 2022    
“Qeyri-hökumət sistemi ilə hökumət arasında dialoq çox vacibdir. Keçmiş xarici işlər naziri Vardan Oskanyan çox maraqlı çıxış edib. O deyir ki, əgər Paşinyan İlham Əliyevin yanında Putinə şifahi nəsə söz verməyibsə, demək lazımdır ki, söz verməyib. Əgər söz veribsə, deməlidir ki, söz vermişəm, başqa çarəm yoxdur”.

Ordu.az xəbər verir ki, bunu “Alternativ Layihələr Qrupunun” eksperti, Ermənistan parlamentinin keçmiş deputatı Vahe Hovhannisyan deyib

O qeyd edib ki, Oskanyan baş nazirin vəzifədən çıxarılmasını təklif edib, bəlkə başqa çıxış yolları da var, amma bu barədə danışmaq lazımdır.

“Mən təklif etdim ki, müxalifət baş nazirin, xarici işlər nazirinin, bəlkə də müdafiə nazirinin iştirakı ilə parlamentin qapalı iclasını tələb etsin. Dialoq davam etməlidir, ən azı qapalı zalda o sualın cavabı verilməlidir: nəsə söz verilbmi, danışıqlarda bizim bilmədiyimiz nə vəd verdiniz və s.”, - deyə Hovhannisyan bildirib.

O, Ermənistanın Suriyaya çevrilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

“Biz imkan verməməliyik ki, Ermənistan Suriyaya çevrilsin, dünyada barrikadada olan ölkələr çoxdur, ən azından bizim kiçik ölkədə bu baş verməməlidir”, - deyə ekspert vurğulayıb.

Vahe Hovhannisyan İran faktorundan da danışıb. O, İrandan hərbi yardım almaq suallarına belə cavab verib: “Bu suallara yalnız hökumət cavab verə bilər, çünki İranla yalnız hökumət kölgədə işləyə bilər. İran mürəkkəb ölkədir, sakit işləməyi sevir. Bilmirəm işi görüblər, ya yox. Zəngəzurda İranla birgə təlimlər keçirə bilərdik, Zəngəzurda iqtisadi azad zonaya yeni təkan verə bilərdik, İranla yeni yollar, dəmir yolları, tunellərin inşasına dair imzalaya bilərdik”.

O deyib ki, müharibə baş versə, bu, İrəvandan 2 saatlıq məsafədə olacaq: “Bu şəraitdə Ermənistan cəmiyyətinin, siyasi elitasının, iqtidarının, müxalifətinin fəlsəfi mövqe ilə müzakirə etdiyi biganəliyi başa düşə bilmirəm”.

Onun sözlərinə görə, hərəkat üç qrupa bölünüb: “Bəziləri sənədin imzalanmasının tərəfdarları, bəziləri isə sənədin qızğın əleyhdarlarıdır. Heç kim soruşmur ki, söhbət hansı sənəddən gedir, hansı məzmundadır, imzalasaq nə olar, imzalamasaq nə olar. Digər istiqamət isə dəhliz və anti-koridorların verilməsinin tərəfdarlarıdır. Dəhliz nə ilə bağlıdır, hardan hara, nə verəcək, ya verməyəcək? Üçüncü qrup isə təlaşçılardır ki, vay, sərhəddə 200 min türk əsgəri var, indi girəcəklər, hazırlaşın”.

Hovhannisyan qeyd edib ki, o, Ermənistanda hakimiyyətin göstərişi ilə idarə olunan anti-Rusiya isteriyasını başa düşə bilmir.

“Pelosinin səfəri zamanı erməni cəmiyyətinə eyforiya daxil olub. Pelosi Vaşinqtona qayıdıb, o, artıq Ermənistanı unudub”, - deyə o bildirib.

Hazırda Ermənistanın əsl müttəfiqləri kimlərdir sualına erməni ekspert belə cavab verib: “Biz KTMT-nin təhlükəsizlik sistemindəyik, hamımız KTMT-nin problemlərini başa düşürük, Gümrüdə Rusiya bazası yerləşir və nəhayət, Qarabağda ermənilərinin təhlükəsizliyini Rusiyanın sülhməramlıları təmin edir. Ərazidə faktlar var, dövlət təfəkkürü məhz ona görədir ki, okeanın o tayından gələn xoş sözlərdənsə ərazidəki faktlar daha vacibdir. XXI əsrdə BMT-nin yaxşı qətnamələrinin qəbulu, müraciətlər, təriflər, gözəl “Facebook” yazıları çox qəbul edilir. Lakin reallıq budur ki, rus ordusu buradadır və KTMT-nin bəzi yarımçıq mexanizmləri mövcuddur”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   Ermənistan  


Bizi "telegram"da izləyin