Türkiyə yerli KMR762 A2 snayper tüfənginin zavod sınaqlarını başa çatdırıb

2022/09/KMR76-1663757195.jpg
Oxunub: 702     11:36     22 Sentyabr 2022    
Türkiyənin KALEKALIP şirkəti tərəfindən istehsal edilən 7,62 mm-lik KMR762 yarımavtomatik snayper tüfənginin zavod sınaqları uğurla tamamlanıb.

Ordu.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət silahları yaxın gələcəkdə İndoneziya Polisinin Xüsusi Əməliyyat Bölməsinə təhvil verəcək.

KMR762 yarımavtomatik snayper tüfəngi olduğundan yarımavtomatik və təhlükəsizlik rejimlərinə malikdir. Çəkisi 5,3 kq olan KMR762-nin maksimum uzunluğu 1150 mm-dir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   KALEKALIP  


Bizi "telegram"da izləyin