Ordu.az xəbər verir ki, bu barədə “Navalnews” nəşri yazıb.
Peyk görüntüləri “Maxar Technologies” tərəfindən çəkilib.
Dünyada bu sahədə ABŞ Hərbi Dəniz Qüvvələri və İngiltərə Donanmasının araşdırmalarının olduğu bilinsə də, daha əvvəl belə bir araşdırma Çin tərəfindən açıqlanmamışdı.
“Maxar Technologies”in peykləri tərəfindən çəkilmiş yüksək keyfiyyətli şəkillər “Google Earth”də mövcuddur. “Google Earth” müdafiə sahəsində ən qədim açıq mənbə kəşfiyyatı vasitələrindən biridir. Bu iki sualtı qayıq 2021-ci ilin mart-aprel aylarından bəri eyni bölgədə olsa da, kamuflyaj olunduğundan sözügedən vasitələrin mahiyyəti tam olaraq anlaşılmayıb
İlkin qiymətləndirmələr göstərir ki, iki qara obyekt insansız sualtı dəniz platformalaırdır. Onlar adi sualtı qayıqlar olmaq üçün çox kiçik və sualtı vasitələr olmaq üçün çox böyükdürlər. İki sualtı platforma fərqli ölçülərdə və əhəmiyyətli dərəcədə fərqli dizaynda görünür.
Sevinc Əliyeva
Ordu.az