Ukrayna ordusu Polşa üzərindən İsrail sistemləri tədarük edəcək

2022/09/anti--1663756372.jpg
Oxunub: 425     10:52     23 Sentyabr 2022    
İsrail müdafiə şirkəti hökumətin icazəsi olmadan Polşa üzərindən Ukraynaya Pilotsuz Uçuş Aparatlarının (PUA) zərərsizləşdirilməsi üçün sistem tədarük edib.

Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri yazıb.

Mənbə bildirib ki, bu avadanlıq İsrailin Ukraynaya qabaqcıl silah satmaqdan imtina etməsinin qarşısını almaq üçün Polşaya satılıb.

İddialara görə, şirkət İsrail Müdafiə Nazirliyinə satışın Polşaya edildiyini bildirib. Bundan əlavə, şirkət Varşavanın vasitəçi kimi fəaliyyət göstərməsindən xəbərsiz olduğunu iddia edir. Tədarük edilən silahların Rusiyanın Ukraynaya təcavüzünə qarşı istifadə edilmək üçün sonuncuya təhvil verildiyi bildirilir.

Müdafiə sənayesi mənbələri bildirirlər ki, PUA-lara qarşı müdafiə sistemləri “mütərəqqi müdafiə texnologiyası” kimi təsnif edilir və buna görə də onların Ukraynaya satışına icazə verilmir. Bu kontekstdə İsrail hökumətinin razılaşmanı pozmaqda maraqlı olmadığı da bildirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin