Ordu.az xəbər verir ki, bu barədə “DefenceTurk” nəşri yazıb.
Bildirilir ki, “Sedef” Gəmiqayırma Zavodunda inşa edilən gəmidə 131 müəssisə, şirkət və instutut iştirak edir. Layihənin yerlilik nisbəti təxminən 70% təşkil edir. Dünyada bu miqyasda gəmiləri olan cəmi 12 ölkə var.
Mətbuatda gəmi dünyanın ilk “PUA daşıyıcısı” kimi təqdim edilir. Bunun üçün “Baykar” şirkəti tərəfindən qatlanan qanadlı “Bayraktar TB3” PUA-larının hazırlanmasına başlanılıb.
Bununla yanaşı “KızılElma” pilotsuz döyüş təyyarəsi və TUSAŞ tərəfindən istehsal edilən “Hürjet” yüngül döyüş təyyarəsinin eniş və qalxışını təmin etmək üçün gəmidə müxtəlif işlər aparılır.
Gəmidəki silah sistemləri, radar və radioelektron mübarizə vasitələri, avionik sistemlər yerli və milli şirkətlər tərəfindən hazırlanıb.
Sevinc Əliyeva
Ordu.az