Fransa donanması elektromaqnit və istiqamətlənmiş enerji silahları almağı planlaşdırır

2022/09/1663755168.jpg
Oxunub: 408     16:35     22 Sentyabr 2022    
Fransa Hind-Sakit Okean regionunda hərbi mövcudluğunu genişləndirməyə çalışdığı bir vaxtda ölkənin Hərbi Dəniz Qüvvələri (HDQ) elektromaqnit və istiqamətlənmiş enerji silahları almağı planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə donanmanın rəsmisi kontr-admiral Erik Malbruno məlumat verib.

Malbruno bildirib ki, Fransa ordusu gələn il bir donanma gəmisindən lazer silah sisteminin ilk atəş sınağını həyata keçirməyi düşünür.

HDQ, həmçinin müxtəlif müdafiə tətbiqləri, o cümlədən taktiki və hava hədəfləri əleyhinə elektromaqnit silahlarının potensialını araşdırır.

“Biz təhdidlərlə ayaqlaşmaq və rəqiblərimizlə ayaqlaşa bilmək üçün daha sürətli hərəkət etməliyik. Bu imkanlar üçün 2030-cu ilə qədər gözləyə bilmərik”, - deyə Malbruno qeyd edib.

Fransa həmçinin əməliyyat sınaqlarına hazır PUA-lar əldə etməyi planlaşdırır. Kontr-admiral qeyd edib ki, Parisdə milli təhlükəsizliyi müasir təhdidlərdən qorumaq üçün kifayət qədər “ən müasir” PUA-lar yoxdur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Lazer  


Bizi "telegram"da izləyin