“Lockheed” ABŞ Müdafiə Nazirliyinə “ən güclü lazer” silahını təhvil verib

2022/09/IFPC--1663755039.jpg
Oxunub: 604     16:09     23 Sentyabr 2022    
Müdafiə şirkəti “Lockheed Martin” ABŞ Müdafiə Nazirliyinə (DoD) bu günə qədərki “ən güclü lazer” silahını təhvil verib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, lazer 300 kVt gücə malikdir. Silahlar tezliklə laboratoriya və çöl sınaqlarından keçəcək.

Şirkət HELSI layihəsi çərçivəsində hazırlanan silahın təkmilləşdirildiyini bildirib.

“Lockheed Martin” lazer silahları ilə son mərhələlərə çatıb. Avqust ayında şirkət ABŞ Hərbi Dəniz Qüvvələrinə 60 kilovatlıq yüksək enerjili lazer silahını təhvil verib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   ABŞ  


Bizi "telegram"da izləyin