Ordu.az xəbər verir ki, bunu erməni politoloq Saro Saroyan deyib.
Onun sözlərinə görə, Amerika hökumətinin Ermənistanın təkliflərini gözlədiyini deməsi o deməkdir ki, Ermənistan-Amerika münasibətlərinin dərinləşmə dərəcəsi ölkənin siyasi rəhbərliyindən asılıdır.
Erməni politoloq vurğulayıb ki, erməni siyasi düşüncəsi rus xilaskarı ideyasından qurtula bilmir: “Siyasi rəhbərlik sadəcə olaraq əvvəlki nümunələrin daşıyıcısıdır və problemlər məhz buna görə yaranır”.
Alpər Mövludoğlu
Ordu.az