Erməni din xadimi: “Biz hər şeyi qoyub, onun və bunun qapısına düşdük, yalvardıq: KTMT, Rusiya, Amerika, gəlin kömək edin”

2022/09/katal-1663676976.jpg
Oxunub: 663     10:02     23 Sentyabr 2022    
“Bizim faciəmiz odur ki, biz həmişə gözümüzü kənar yardıma və ya xarici qüvvələrə çevirmişik”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Tavus bölgəsindəki yeparxiyasının rəhbəri Baqrat Srbazan Qalstanyan deyib.

O qeyd edib ki, Ermənistan xarici qüvvələrə güvənməməlidir.

“Onlar bizimlə nə qədər dost olmaq istəsələr də, təcrübə göstərdi ki, dünən dost olanlar bu gün düşmənə çevrilirlər, ertəsi gün yenə dost olacaqlar. Boynunu büküb kiminsə imdadına çatmasını gözləmək doğru deyil. Heç kim köməyə gəlməyəcək. Tariximiz göstərir ki, biz daim seçim etmək məcburiyyətindəyik: Şərq və ya Qərb, Şimal və ya Cənub? İstənilən oriyentasiyanı seçəndə uğursuzluğumuz ardınca gəlir. Təbii ki, dünyada təsir dairələri yaradan, böyük təsir gücünə malik böyük qüvvələr var, amma önəmli olan budur ki, sən nəyi və necə diktə edirsən, millətini necə səfərbər edirsən, daxili gücün bütün vasitələrindən necə istifadə etməyi bacarırsan. Biz isə hər şeyi qoyub kiminsə qapısına düşdük, yalvardıq: KTMT, gəl kömək et, Rusiya, Amerika, gəl kömək. Bəlkə sabah Türkiyəyə deyəcəklər ki, gəl kömək et, ya da Azərbaycana. Bu istisna deyil”, - deyə Qalstanyan bildirib.

Erməni din xadimi deyir ki, Pelosinin səfəri sırf ABŞ-dakı erməniləri məmnun etmək üçün nəzərdə tutulub.

O qeyd edib ki, sonuncu toqquşma nə sərhəd gərginliyi, nə də eskalasiya deyil, ardı-arası kəsilməyən müharibədir.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin