Volodinin Bakı səfəri öncəsi Blinkendən zəng – Nyu-Yorkda Yeni Görüş

2022/09/1663650586.jpg
Oxunub: 1072     14:32     20 Sentyabr 2022    
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda ABŞ dövlət katibinin təşəbbüsü və himayəsi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü keçirilib.

Görüş barədə məlumatın yayılmasından əvvəl və ABŞ Nümyəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfər etməsindən sonra Rusiya Dövlət Dumasının sədri Volodinin Bakıya səfər edəcəyi məlum olub.

Bu ərəfədə ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı əldə olunmuş atəşkəsin dayandırılmasının möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Bundan əvvəl, sentyabrın 16-da İlham Əliyev Rusiya prezidenti Putinlə Səmərqənd görüşüb və atəşin dayandırılmasını müzakirə edib. Görüşdə bildirilib ki, genişmiqyaslı eskalasiya niyyəti olmayıb.

Eyni zamanda, atəşkəs məsələsində ABŞ-ın rolunun böyük olduğu bildirilir, amerikalı diplomatların özləri isə BMT-də Rusiyanın da atəşkəs məsələsində rolunu açıqlayıblar. Ümumiyyətlə, Ermənistanı kimin həvəsləndirdiyini başa düşməyə çalışmaq mahiyyətcə mənasız işdir və ya bəddi dillə desək “sizif əməyi”dir. Çünki faktiki olaraq bütün əsas oyunçularda belə həvəsləndirmə üçün müəyyən motivasiya tapmaq mümkündür. Azərbaycan ictimaiyyətinin vəzifəsi bu gün nə baş verdiyini və sabah nə baş verə biləcəyini, ssenariləri və riskləri mümkün qədər dərindən dərk etməkdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin