“Rusiya Ermənistanın üzləşdiyi təhlükələrə obyektiv cavab verə bilmir” - Babacanyan

2022/09/1663667231.jpg
Oxunub: 480     17:12     23 Sentyabr 2022    
“Ermənistan-Rusiya münasibətlərinə heç bir təhlükə yoxdur. Ermənistanla Rusiya arasında münasibətlərin bizim üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulamağa ehtiyac yoxdur”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Respublika naminə Partiyasının sədri Arman Babacanyan öz “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, bu münasibətlərin Rusiya üçün də eyni dərəcədə vacib olması zəruridir.

“Ölkəmiz öz təbii inkişaf yolundan, orbitindən çıxdığı, xalq hakimiyyətinin dövlət xainləri və cinayətkarlar tərəfindən zorakılıqla ələ keçirilməsi prosesinin həyata keçirildiyi bir vaxtda həmin münasibətlər kasıblaşdı, deformasiyaya uğradı.

Geosiyasi reallıqlara görə, yeni regional yenidənqurmalar Ermənistanı güc, müdafiə və özünümüdafiə imkanları əldə etmək zərurəti qarşısında qoyub.

Rusiya Ermənistanın üzləşdiyi təhlükələrə obyektiv cavab verə bilmir”, - deyə Babacanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin