“Bizim məqsədimiz Rusiyaya və ya Qərbə deyil, İrana üz tutmaqdır” - Erməni iranşünas

2022/09/1663667175.jpg
Oxunub: 703     21:45     22 Sentyabr 2022    
Sentyabrın 21-də İran parlamentində Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə etmək üçün növbədənkənar iclas çağırılıb.

Bununla bağlı İran parlamentinin deputatı Robert Beqlaryan qeyd edib ki, o, Ermənistandan yenicə qayıdıb və müzakirənin parlamentin müvafiq komitəsində, yoxsa qapalı iclasda keçiriləcəyi barədə hələ dəqiq məlumatı yoxdur.

Erməni iranşünas Emma Beqicanyan qeyd edib ki, İranda növbədənkənar sessiya nadir haldır.

“İran milli təhlükəsizlik maraqlarının pozula biləcəyini hiss edir və belə bir toplantının çağırılmasının səbəbi də budur. Bizim məqsədimiz İranla sıx əməkdaşlıq etmək, bir çox məsələlərdə Rusiyaya və ya Qərbə deyil, İrana üz tutmaqdır, çünki bu və ya digər addımı atarkən hər kəsin öz maraqları, İran məsələsində isə onların və bizim maraqlarımız var”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin