Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşri yazıb.
Xatırladaq ki, bu yaxınlarda onun Ermənistan-Rusiya Slavyan Universitetindən kənarda qalması, imtahandan “qeyri-məqbul” göstərici alması və xaric edilməsi məlum olub.
Ermənistan parlamentinin rəsmi saytında qeyd olunur ki, deputat 2019-cu ildə Ermənistan-Rusiya Slavyan Universitetinin magistraturasına qəbul olub və hələ də təhsilini davam etdirir.
Nəşr bu günlərdə parlamentin qapısı önündə hökumət əleyhinə mitinq keçirənləri “cəbhə və sərhədə” göndərməklə hədələyən Aleksanyanın tərcümeyi-halının daha bir epizodu gizlətdiyini öyrənib. 2018-ci ildə “Nacho Apart Hotel”də işləyib.
“V. Aleksanyan bu kiçik oteldə menecer işləyib. Bu barədə onun seçki komissiyasına təqdim olunan digər bioqrafiyasından öyrənirik. Hökumətin deputatı həyatının o epizodunu niyə diqqətlə gizlədib? Hoteldə işlədiyinə görə utanır?
Qeyd edək ki, adı Erik olan “222lava” adlı tiktokeri də Vahaqnla eyni hoteldə çalışıb. Adıçəkilən otelin əsası 2018-ci ildə hakimiyyət dəyişikliyi günlərində, may ayında qoyulub və görünür, cəmi bir il, il yarımdır ki, fəaliyyət göstərir. 2019-cu ildən sonra həmin otelin “Facebook” səhifəsində heç bir yazı, nəşr və ya xəbər dərc olunmayıb və qeyd olunan telefon nömrəsi də mövcud deyil. Hotel haqqında müxtəlif fikirlər var. Şəkillərə əsasən, o, daha çox motel funksiyasını yerinə yetirib, bəzi qonaqlara “ənənəvi” masaj xidmətləri təklif edib”, - deyə məqalədə bildirilir.
Alpər Mövludoğlu
Ordu.az