İran ADEX-də necə təmsil olundu?| “Azərbaycan nə istəsə, biz onu verə bilərik”

2022/09/2-6655359412.jpg
Oxunub: 816     14:12     22 Sentyabr 2022    
ADEX-2022 sərgisində İran əvvəlki illərlə müqayisədə daha geniş tərkibdə və daha böyük pavilyonla iştirak edib.

Ölkənin nümayəndələri Ordu.az-a açıqlamasında bildirib ki, onlar İran İslam Respublikasının Müdafiə Nazirliyinin əksər məhsullarını təqdim ediblər.

“Burada təyyarələr, helikopterlər, pilotsuz uçuş aparatları, elektronika, telekommunikasiya, zenit sismemləri, qısa, orta və uzun mənzilli raketlər, atıcı silahlar nümayiş etdiririk. Biz bunların hamısını özümüz hazırlamışıq. Eyni zamanda labaratoriya məhsullarını görə bilərsiniz”, - deyə İran nümayəndələri qeyd edib.


Açıqlamada deyilib ki, İranın hazırladığı PUA-lar dünya ölkələri tərəfindən maraqla qarşılanır.

“Sərgidə də maraq görüb. Bizim 50-yə yazıb PUA-mız var. Bütün model PUA-lar hazırlaya bilirik. Biz ADEX-də “Mohajer 6” PUA-larını təqdim edirik. Bu PUA 24 saat havada qala və bomba ata bilir. Yəni həm kəşfiyyat, həm də zərbə üçün istifadə oluna bilər. Biz ADEX-də həmçinin 2 növ helikopter nümayiş etdirdik. Bunlardan biri piston mühərrik, digəri turbo mühərriklidir”, - deyə İran nümyəndə heyəti vurğulayıb.

Onlar saytımıza açıqlamasında deyiblər ki, ADEX-də İranın məhsullarına maraq yaxşı olub.

“Prezident İlham Əliyev, Azərbaycan Müdafiə Nazirliyi stendimizi ziyarət etdi və biz onlara məhsullarımızı təqdim etdik. Xarici ölkələrdən də maraq oldu. Azərbaycan nə istəsə, biz onu verə bilərik”, - deyə qeyd olunub.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ADEX   Mohajer  


Bizi "telegram"da izləyin