Paşinyan iqtisadi azadlıq indeksini də saxtalaşdırıb

2022/09/43446-1663583941.jpg
Oxunub: 387     12:19     26 Sentyabr 2022    
“Qlobal çətinliklərə baxmayaraq, Ermənistanın çox aydın müəyyən iqtisadi uğurları var və mən bir neçə gün əvvəl dərc olunmuş iqtisadi azadlıq indeksini çox vacib hesab edirəm, burada Ermənistan 165 ölkə arasında 11-ci yerdədir”. Bunu Ermənistan Baş naziri Nikol Paşinyanın sentyabrın 13-də parlamentdəki çıxışında deyib.

Ordu.az xəbər verir ki, Ermənistanın “Joğovurd” nəşri Paşinyanın sözlərinin yalan olduğunu aşkar edib.

“Paşinyanın qeyd etdiyi “iqtisadi azadlıq indeksi”nə görə 11-ci yerdə Ermənistan deyil, İsveçdir. Siyahıda Ermənistan 58-ci yerdədir. Paşinyan növbəti manipulyativ bəyanat və faktların aşkar təhrifi ilə aldadıb”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin