“Ermənistanın sağ əli şimala, sol əli gizlicə qərbə uzanır”

2022/09/67359-1663583421.jpg
Oxunub: 319     14:40     23 Sentyabr 2022    
“Başqa ölkəni Ermənistandan çox sevən Ermənistan vətəndaşına vətənpərvər demək olmaz. Anti-Rusiyaçılığın toxumlarını bu inqilabi hökumət səpib, bunun da nəticələri var və olacaq”.

Ordu.az xəbər verir ki, bunu erməni ekspert Ara Zohrabyan bildirib.

O qeyd edib ki, bu nəticələrdən bəziləri indidən proqnozlaşdırıla bilər.

“KTMT və digər əməkdaşlıq platformalarından imtina, hərbi bazadan imtina, qaz təchizatının dayandırılması, İranla münasibətlərin pisləşməsi, Rusiyadakı erməni icmasının problemləri, müharibə və s. əsas nəticələrdir.

Əsas sual budur ki, Rusiya niyə Türkiyə Azərbaycanı qoruduğu kimi bizi də qorumur.

Fikrimcə, burada ən azı 2 səbəb var. Birincisi, Rusiya Ermənistanın “inqilabçı” hakimiyyətini qəbul etmir. İkincisi, Rusiya hazırda böyük müharibənin ikinci cəbhəsindən yayınır.

“Rusiya Ermənistanın inqilabi hakimiyyətini niyə qəbul etmir?” sualına cavab tapmaq üçün ilk növbədə Gürcüstan və Ukraynada baş verən inqilablar nümunəsinə nəzər salmalıyıq. İnqilabçı hakimiyyət Rusiya (əslində bütün dövlətlər) üçün pis nümunədir. Rusiya hökuməti başa düşür ki, onların inqilabı Rusiyanı məhv edəcək”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, Ermənistan hökuməti Rusiya və digər dövlətlərlə münasibətlərində dürüst və cəsarətli deyil.

“Ermənistanın sağ əli şimala, sol əli gizlicə qərbə uzanır. Bu inqilabi hakimiyyətin kökündə əvvəldən anti-Rusiyaçılıq dayanırdı. Təbii ki, bu, Rusiyanın Ermənistanı qeyd-şərtsiz dəstəkləməsinə imkan verə bilməzdi.

“Rusiya hazırda böyük müharibənin ikinci cəbhəsindən qaçırmı?” sualının cavabını hamımız bilirik.

Aldanmayaq, rus türkün əleyhinədir. Nə qədər bir-biri ilə yaxınlaşmağa cəhd etsələr də, yenə də Rusiya-Türkiyə müharibəsi olacaq. Son 400 ildə ruslar türklərlə 13-ə yaxın müharibə aparıblar. Rusiya-Ukrayna müharibəsi fonunda Ermənistan torpağında böyük münaqişə baş verərsə, Rusiya ciddi çətinliklərlə üzləşəcək.

Türkiyə də bunu anlayır və 30 ildir bizi türklərdən qoruyan hərbi baza olan Rusiya hərbi bazasını Ermənistandan çıxarmaq üçün hər şeyi edir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin