Erməni politoloq: “Qərbə yaxınlaşmasaq, Ermənistan olmayacaq”

2019/09/4564-1569234310.jpg
Oxunub: 462     14:01     23 Sentyabr 2022    
Bir neçə gündür erməni sosial media seqmentində Rusiyanın məşhur vizajisti Qohar Avetisyanın sosial şəbəkələrdəki səhifəsindən Ermənistan bayrağını çıxarması müzakirə olunur.

Erməni politoloq Levon Şirinyan deyir ki, əslində Avetisyan kimi adamlar erməni deyil, ruslaşıblar.

“Marqarita Simonyan erməni deyil, soyadı ermənidir, amma mədəniyyəti və adət-ənənəsi rusdur. Xalqımızın ayağından ağır daş kimi asılırlar. Onlar yoxdur, onlara xor baxmaq lazımdır. Bu rasional yoldur”, - deyə o bildirib.

Şirinyanın sözlərinə görə, Ermənistanı kritik seçim gözləyir: “Qərbə yaxınlaşmasaq, Ermənistan olmayacaq.

Ermənistanın “Respublika Naminə” partiyasının vitse-prezidenti, politoloq Ruben Mehrabyan eyni məsələyə toxunaraq deyib: “Rusiya çirkin dövlətdir və ermənilərin beynini deformasiya edib. Mən onlar üçün həyat kredosunu müəyyən etmək, gözləntilər qurmaq və ya gözləntilərin olmamasını sənədləşdirmək istəməyəcəyəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qərb  


Bizi "telegram"da izləyin