Erməni partiya sədri: “Birqütblü xarici siyasət Ermənistan üçün təhlükəlidir”

2022/09/2021_-1663574386.jpg
Oxunub: 452     22:09     23 Sentyabr 2022    
“Nensi Pelosinin Ermənistana səfəri təhlükəsizlik baxımından ən mühüm faktdır”.

Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının sədri Yervand Tarverdyan deyib.

O qeyd edib ki, birqütblü xarici siyasət Ermənistan üçün təhlükəlidir. Onun sözlərinə görə, ABŞ və Çin Ermənistanda böyük iştirakın olmasını gözləyir.

Bölgədəki supergüclərin maraqlarına toxunan Tarverdyan qeyd edir ki, Hindistan balansı qoruyur və üçüncü dünya müharibəsinin başlamasına imkan vermir. Türkiyəyə gəlincə, o ölkə regionda dominant olmağa çalışır, bu da həmin ölkənin iştirakı ilə 44 günlük müharibə zamanı özünü büruzə verdi.

Tarverdyanın fikrincə, Ermənistan beynəlxalq münaqişənin mərkəzindədir: “Biz bir şeyi başa düşməliyik: torpağımızı bizim əvəzimizə heç kim qorumayacaq. Hər bir dövlətin öz maraqları var”.

“Vahid Ermənistan” partiyasının lideri KTMT-yə istinad edərək qeyd edir ki, təşkilata üzvlüyün bəlkə də yeganə üstünlüyü silah alışı üçün müəyyən edilmiş qiymətlərdir: “Bu gün KTMT-yə üzv olan iki ölkə hərbi toqquşmalarla məşğuldur. Bu, özlüyündə onu göstərir ki, o, hərbi əməkdaşlıq strukturu ola bilməz. Bu, müxtəlif dövlətlərin öz hərbi siyasətlərini müzakirə etdiyi platformadır.

Alpər Mövludoğlu 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KTMT   Rusiya  


Bizi "telegram"da izləyin