Rusiyanın birinci dərəcəli dövlət müşaviri: “Naxçıvana tranzit Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək”

2019/05/modes-1557993858.jpg
Oxunub: 69663     11:55     19 Sentyabr 2022    
“Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan KTMT-nin reaksiyasından narazılığını bildirib və o, haqlıdır. Amma əgər siz KTMT-nin sizin sərhədinizin qorunmasına yardım etməsini istəyirsinizsə, ilk növbədə ona sahib olmalısınız”.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın birinci dərəcəli dövlət müşaviri, Rusiyanın “Regnum” xəbər agentliyinin baş redaktoru Modest Kolerov deyib.

O qeyd edib ki, KTMT üzvlərinin əksəriyyəti Azərbaycanın tərəfindədir.

“Ermənistanın əsas çatışmazlığı da budur. Təşkilatda qərar konsensusla verilir və əksəriyyət Azərbaycanın tərəfindədir. KTMT prosesə müdaxilə etməyəcək”, - deyə Kolerov bildirib.

Onun sözlərinə görə, ikinci çatışmazlıq odur ki, hazırda KTMT üzvləri arasında münaqişə davam edir və heç kim heç bir şəkildə kömək etmir.

“Paşinyan açıq şəkildə Bakının 5 prinsipi ilə razılaşdı, sonra əlavələr edəcəyini bildirdi. Amma bura Şərqdir, burada işlər belə getmir. Azərbaycan daha da irəli gedəcək və heç kim buna mane olmayacaq. Bakının genişmiqyaslı müharibəyə başlaması lazım deyil, çünki hələlik bütün Ermənistanı almaq problemi yoxdur”, - deyə Modest Kolerov vurğulayıb.

O, İranın 2020-ci ildə işğal olunmuş ərazilərin azad edilməsi münasibətilə Bakını təbrik etməsindən təəccübləndiyini bildirib: “Bu, çox pis əlamətdir, çünki bu, İranın münasibətlərdə balansı saxlamağı dayandırdığını göstərir. İrana güvənmək olmaz. O bildirib ki, sərhədin dəyişdirilməsinin əleyhinədir, lakin bu, zəif bəyanatdır, çünki formal olaraq sərhəd qorunub saxlanıla bilər, dəhliz isə ekstraterritorial olacaq”.

Kolerov qeyd edib ki, Vladivostokda Paşinyan Rusiyanı Ukrayna hadisələrinə həddən artıq qarışmaqda və Transqafqaz məsələləri ilə məşğul olmamaqda ittiham edib.

Onun sözlərinə görə, Ermənistan Rusiyanın Qarabağdakı sülhməramlı missiyası üçün BMT mandatı almağı hədəfləyir.

“O da məlumdur ki, BMT Təhlükəsizlik Şurasında əksəriyyət ABŞ-ın tərəfindədir. Bu o deməkdir ki, İrəvan sülhməramlı missiyanın ABŞ-ın nəzarətinə keçməsi problemini yaradır. Aydındır ki, Rusiya sülhməramlıları bu mandatı yerinə yetirməyəcəklər”, - deyə o əlavə edib.

Bundan Kolerov belə qənaətə gəlib ki, İrəvanla Bakı arasında təbii ittifaq yaranır, çünki Azərbaycan Rusiya sülhməramlılarının Qarabağdakı mandatını təsdiq etməyib, artıq müddətin yarısı keçib və Bakının bu mandatı uzadacağına heç bir təminat yoxdur.

“İrəvan Bakıya kömək edir və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin uzadılması imkanlarını şübhə altına alır. Bəs ABŞ-ın Ermənistanı müdafiə edəcəyi bu sadəlövhlük haradan qaynaqlanır? Azərbaycan indi Zəngəzurda irəliləyir. ABŞ müdafiə edir? İrəvan Avro-Atlantik inteqrasiya kursu götürüb, sülhməramlıların mandatına yenidən baxılması və NATO-ya doğru gedir. Bəs Ermənistana ən yaxın NATO ölkəsi hansıdır? Türkiyə. Cənubi Qafqazda NATO-nu başqa heç bir ölkə təmsil etməyəcək”, - deyə rus tarixçi vurğulayıb.

Kolerov sözlərinə görə, Zəngəzurda yaşayan 40 min ermənidən 7.5 mini artıq bölgəni tərk edib: “Belə davam etsə əhali gedəcək, Zəngəzur boş qalacaq. Yerli erməni əhalisi olmadığı halda, yeganə həyat əlaməti azərbaycanlıların Naxçıvana tranziti olacaq, bu da Azərbaycan polisinin iştirakı ilə həyata keçiriləcək”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Zəngəzur  


Bizi "telegram"da izləyin