“Harop”la “Bayraktar” arasında unikal “paslaşma” – Ermənistanın HHM sistemləri necə məhv edildi?

2022/09/dss-1663412538.jpg
Oxunub: 17404     17:50     17 Sentyabr 2022    
Sentyabrın 12-də Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşma zamanı Azərbaycan ordusu PUA-larla Ermənistana məxsus S-300 Hava Hücumundan Müdafiə (HHM) sisteminin komponentlərini məhv edib.

Ordu.az xəbər verir ki, S-300 və digər sistemlərin məhv edilməsi üçün Türkiyənin “Bayraktar TB2” və İsrailin “Harop” və “SkyStriker” PUA-larından istifadə edilib.

Azərbaycan ordusu beynəlxalq ədəbiyyətdə düşmənin Hava Hücumundan Müdafiəsinin Susdurulması (SEAD) kimi tanınan əməliyyat həyata keçirilib.


Əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var. Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb.

Yayımlanan ilk “Bayraktar TB2” kamera görüntülərində Gorus şəhərinin qərbində yerləşən S-300 sistemə aid 5N63S “Flap Lid” atəşə nəzarət radarının MAM-L sursatları ilə TB2 tərəfindən məhv edildiyi görülür.


Yayımlanan ikinci görüntüdə eyni S-300 batereyasına daxil olan 5P85 BQ buraxıcı qurğusunun məhv edildiyi müşahidə edilir. Zərbələr nəticəsində P-18 erkən xəbərdarlıq radarının da məhv edildiyi bildirilir.


Yayımlanan başqa bir videoda “Bayraktar TB2”nin Qafan şəhərinin şimal-şərqində, Novruzlu (Kaxnut) kəndi yaxınlığında yerləşən S-300 batareyasına qarşı uzaq məsafəli kəşfiyyat fəaliyyətləri apardığı, daha sonra 5N63S “Flap Lid” atəşə nəzarət radarına “gəzən sursat”la zərbə endirildiyi görünür.


Bütün bu məlumatlar yayımlanan videolara əsasən təqdim olunub. Həyata keçirilən əməliyyat nəticəsində, həmçinin qarşı tərəfə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dam çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.

Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.

Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Harop   Bayrktar   Ermənistan  


Bizi "telegram"da izləyin