Ordu.az xəbər verir ki, Trabzon hava limanına eniş edən təyyarələrin Türkiyəyə gəldiyi bildirilir.
İtaliya Senatı 2022-ci ilin may ayında Türkmənistana 4 ədəd M-346FA yüngül hücum təyyarəsi və 2 ədəd M-346FT təlim təyyarəsinin satışını təsdiqləyib. Türkmənistan təxminən 293,1 milyon avroluq satış çərçivəsində döyüş təyyarələri almağa davam edir. İlk təyyarələr ötən ilin sentyabrında gətirilib. Təyyarələrin ikinci və sonuncu partiyası bu yaxınlarda təhvil verilib.
M-346FA yüngül hücum təyyarələri yerüstü missiyalarına əlavə olaraq, daşıdıqları raketlərlə hava-hava missiyalarını effektiv şəkildə yerinə yetirə bilir.
Təyyarənin əsas sensoru “Leonardo” şirkəti tərəfindən hazırlanmış və xüsusi olaraq M-346FA üçün optimallaşdırılmış çox rejimli “Grifo-M-346” radarının variantıdır.
Sevinc Əliyeva
Ordu.az