Ordu.az xəbər verir ki, təyyarələr donanmanın aviadaşıyıcılarında istifadə olunacaq.
Çin aviadaşıyıcı gəmilərdən enib qalxa bilən döyüş təyyarələri, helikopter və erkən xəbərdarlıq təyyarələrindən ibarət hava qüvvələrinin yaradılması üçün işlərə başlayıb.
Çin rəsmiləri elektromaqnit katapultları sayəsində erkən xəbərdarlıq təyyarələri kimi ağır təyyarələrin yeni nəsil aviadaşıyıclara enib qalxa bildiyini deyir. Bu, aviadaşıyıcının hücum və müdafiə imkanlarını artıracaq.
Sevinc Əliyeva
Ordu.az