Ordu.az xəbər verir ki, bu barədə “The Aviationist” nəşri məlumat yayıb.
İtalyanın “Leonardo Helicopters” şirkəti tərəfindən A129 “Mangusta” yüngül hücum helikopterlərini əvəz etmək üçün hazırlanmış AW249 platformalarının sınaq uçuşlarının uğurla başa çatdığı bildirilir.
Sınaq uçuşu həyata keçirən AW249 prototipinin “OTO Melara” şirkətinin TM-197B 20 mm silahı və “Rafael” şirkətinin “Toplite” elektro-optik sistemi ilə təchiz edildiyi görünür.
Helikopter 487 milyon dollarlıq müqavilə çərçivəsində istehsal olunub.
A129 “Mangusta” ilə müqayisədə AW249 1800 kq faydalı yükləmə qabiliyyəti və 8 ton maksimum uçuş çəkisi ilə ağır sinfə yaxındır. Hər biri təxminən 2583 at gücündə olan iki GE CT-78E6 turboşaft mühərrikindən istifadə edir.
Sevinc Əliyeva
Ordu.az