Ordu.az xəbər verir ki, təhvil mərasimində Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani də iştirak edib.
İtaliyanın “Fincantieri” şirkəti tərəfindən inşa edilən “Doha” sinfinə məxsus korvetlərin tam yükgötürmə qabiliyyəti 3250 ton, uzunluğu 107 metr, eni 14,70 metrdir. Korvetlərin maksimal sürəti 28 düyün və məsafəsi 3500 dəniz milidir.
Korvetlər “Leonardo” tərəfindən hazırlanmış 76 mm-lik əsas silah və iki “Marlins” 30 mm-lik uzaq silah stansiyası ilə təchiz edilib.
“Musherib” sinif dəniz patrul gəmilərimin uzunluğu 63,8 metr, eni 9,2 metrdir. Gəmilərin maksimal sürəti 30 düyün, məsafəsi isə 1500 dəniz milidir.
Sevinc Əliyeva
Ordu.az