“Hraparak”: Sərhəddə nisbətən sakitlik olsa da, vəziyyət çox gərgin olaraq qalır

2022/09/1663408463.jpg
Oxunub: 989     14:36     17 Sentyabr 2022    
Bir neçə gündür ki, humanitar atəşkəs əldə olunsa da, Ermənistanın sərhəd bölgələrində müxtəlif şaiyələr yayılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşr bildirir ki, sərhəd bölgələrdə ermənilər döyüşlərin yenidən başlayacağını düşünürlər.

“Putin, ABŞ dövlət katibi Blinken və Fransa prezidenti Makronla telefon danışığı aparan Paşinyan da bu şayiələri təkzib etmir. Sərhəddə nisbi sakitlik olsa da, vəziyyət çox gərgin olaraq qalır”, - deyə məqalədə bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Sərhəd  


Bizi "telegram"da izləyin