Ordu.az xəbər verir ki, hesabatda son zamanlar smartfonlara qarşı kiberhücumların artdığı vurğulanıb, “iPhone” cihazlarının söndürüldükdə belə kiberhücumlara məruz qala biləcəyi qeyd edilib.
2022-ci ilin ikinci rübünü əhatə edən hesabatda 8 mövzu var.
Qapalı İOS cihazı kiberhücuma məruz qala bilər
Ağıllı telefonlar e-poçt, sosial media, bank hesabları və ünvan məlumatları kimi bir çox şəxsi məlumatları ehtiva edir. Son zamanlarda telefonlara kiberhücumlar gündəmə gəlsə də, təcavüzkarlar şəxsi məlumatları ələ keçirmək üçün bir çox fərqli üsula əl atırlar. Telefonla edilən hücumlarda sosial media mesajlarındakı keçidlər vasitəsilə məlumat ələ keçirməyə və ya e-poçt vasitəsilə fişinq hücumları vasitəsilə məlumatlara sürətlə daxil olmağa cəhd edilir.
Almaniyada “iPhone” telefonları üzərində aparılan araşdırmaya diqqət çəkən hesabatda cihaz söndürüldükdə belə mühüm sistemlərin aktiv olmağa davam etdiyi vurğulanıb. Telefonlardakı məkan xüsusiyyətinə malik aktiv tətbiqlərin bəzi mənfi hallar gətirdiyi ifadə edilən hesabatda iOS cihazları söndürüldükdə işə salınan bir “Bluetooth” çipi zərərli proqramların quraşdırılmasına imkan verə bilər. LPM (Aşağı Güc Rejimi) iOS cihazları söndürüldükdə işləyir. Bir iOS cihazı söndürülsə belə “iPhone”umu tap” proqramı itirilmiş zaman aktivdir. Tədqiqatçılar deyirlər ki, “iPhone”umu tap” təhlükə yaradan aktiv izləmə cihazı kimidir.
Kiberhücumun baş verməmişdən əvvəl qarşısını almaq mümkündür!
Hesabatın dövr mövzusu kiber təhdid kəşfiyyatının əhəmiyyəti olub. Kibertəhlükəsizlik kəşfiyyatı mümkün kibertəhlükəsizlik təhdidləri haqqında toplanmış məlumatları birləşdirərək, əlaqələndirərək, şərh edərək və təhlil edərək təhdidlərin aktiv şəkildə müəyyənləşdirilməsinə və onlara qarşı müdafiə mexanizmlərinin işlənib hazırlanmasına imkan verir. İnternetdən istifadənin artması təhlükə aktorlarının və onların buraxdığı izlərin artmasına səbəb olur. Bu səbəbdən təhdid kəşfiyyatı məlumatlarının təhlili getdikcə çətinləşir. Hesabat açıq mənbəli kibertəhlükə kəşfiyyatı platformalarından biri olan “OpenCTI”yə diqqət yetirərək, avtomatlaşdırılmış proqramlara artan ehtiyaca diqqəti cəlb edir.
Kiberhücumların əksəriyyəti Hindistan və ABŞ-a edilir
STM-in öz “Honeypot” sensorları tərəfindən əldə olunan məlumatlarda ən çox kiberhücumların toplandığı ölkələr də açıqlanıb. 2022-ci ilin aprel, may və iyun ayları ərzində STM-in “Honeypot” sensorlarına cəmi 8 milyon 65 min 301 hücum məlum olub. Ən çox hücuma məruz qalan ölkə 1 milyon 629 min hücumla Hindistan, 897 min hücumla isə ABŞ ikinci yerdədir. Bu ölkələrdən sonra Türkiyə, Rusiya, Vyetnam, Çin, Meksika, Yaponiya, Tayvan və Braziliya gəlir. Gələn hücumların sayında əvvəlki üç aya nisbətən böyük artım olduğu bildirilən hesabatda buna Rusiya-Ukrayna müharibəsi ilə birlikdə davamlı təhdid formalaşdıran aktorların artan fəaliyyətlərinin səbəb olduğu vurğulanıb.
Sevinc Əliyeva
Ordu.az