ABŞ: Çin və Rusiyanın kosmik donanmaları 2019-cu ildən bəri 70 faiz artıb

2022/09/12931-1663402269.jpg
Oxunub: 433     11:58     01 Oktyabr 2022    
“2019-2021-ci illərdə Çin və Rusiyanın operativ kosmik donanmaları təxminən 70 faiz artıb. Bu son və davamlı artım Çin və Rusiyanın ümumi peyk donanmalarını 200 faizdən çox artırdığı 2015-2018-ci illərdən sonra baş verir”.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Kəşfiyyat Agentliyi (DIA) “2022-ci ildə Kosmosda Təhlükəsizlik Problemləri” başlıqlı yeni hesabatında bildirib.

Hər iki ölkənin peyk rabitəsi (SATCOM), uzaqdan zondlama və naviqasiya texnologiyası kimi sahələrdə öz imkanlarını modernləşdirməyə çalışdığına diqqət çəkən hesabatda 2019-cu ilin əvvəlindən bu yana rəqib kosmik əməliyyatların da sürət və əhatə dairəsi baxımından artdığı bildirilir. Bildirilib ki, Çin və Rusiyanın əks-kosmos imkanları inkişaf etməyə davam edir və orbital müdaxilə sistemləri artmaqdadır.

Hesabatda Çin və Rusiya ilə yanaşı, Şimali Koreya və İranın da kosmik tədqiqatlar apardığına diqqət çəkilib ki, bu da ABŞ üçün xüsusilə narahatdır.

Çin və Rusiyanın peyk və kosmik gəmi tutumları haqqında ətraflı məlumatların yer aldığı hesabatda qeyd olunub:

“Xüsusən də Çin və Rusiya ABŞ-ın kosmos sistemlərindən asılılığından istifadə edərək, ABŞ-ın kosmosdakı mövqeyinə meydan oxumaq üçün müxtəlif alətlər hazırlayır. Pekin və Moskva yeni qlobal format yaratmaq niyyəti ilə özlərini aparıcı kosmik güclər kimi göstərməyə çalışırlar. Onlar əks-kosmos əleyhinə imkanlarından istifadə etməklə ABŞ-ın qlobal liderliyini sarsıtmaq məqsədi daşıyırlar. İran və Şimali Koreya kosmosa əsaslanan rabitə və naviqasiyanı pozmaq və ya zəiflətmək üçün radioelektron mübarizə imkanlarını inkişaf etdirməyə davam edəcək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin