Yunanıstanın atəş açdığı azərbaycanlıların da olduğu gəmi İstanbula çatıb

2022/09/1662978428.jpg
Oxunub: 6979     14:19     12 Sentyabr 2022    
Yunanıstan Sahil Mühafizə Xidmətinin atəş açdığı gəmi İstanbula çatıb.

Ordu.az xəbər verir ki, Komor adaları bayrağı altında üzən “Anatolian” adlı Ro-Ro gəmisi Çanaqqala boğazını keçərək İstanbula çatıb.

Gəmi Zeytinburnu yaxınlığında lövbər atıb.

Gəminin yanacaq doldurduqdan sonra İstanbul boğazından keçərək İneboluya gedəcəyi gözlənilir.

Qeyd edək ki, sentyabrın 10-da Bozcaada yaxınlığındakı beynəlxalq sularda üzən “Anatolian” gəmisi Yunanıstan Sahil Mühafizə Xidmətinin atəşinə məruz qalıb. Hadisə ilə əlaqədar bölgəyə iki türk Sahil Mühafizə kateri göndərilib.

Bundan sonra yunanlar bölgədən sürətlə uzaqlaşıblar. Gəmin 5-i Azərbaycan, 3-ü Türkiyə, 4-ü Somali və 6-sı Misir vətəndaşı olmaqla 18 nəfərlik heyəti olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Təxribat  


Bizi "telegram"da izləyin