Yunanıstanın Baş naziri: "Ərdoğanla görüşə hazıram"

2022/09/1662959756.jpg
Oxunub: 7035     04:25     12 Sentyabr 2022    
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşə hazır olduğunu bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə "Kathimerini" qəzeti yazıb.

O qeyd edib ki, Praqa belə bir görüş üçün potensial yer ola bilər.

Mitsotakis Türkiyə ilə təkcə keçmişə deyil, həm də gələcəyə baxacaq dostluq münasibətləri qurmaq istədiyini bildirib.

Bundan əvvəl Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala əyaləti yaxınlığında beynəlxalq sularda Komor adaları bayrağı altında üzən yük gəmisinə xəbərdarlıq atəşi açıb. Gəminin göyərtəsində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə  


Bizi "telegram"da izləyin