Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinə çağırıb

2022/08/1660980864.jpg
Oxunub: 280     03:20     12 Sentyabr 2022    
Fransa Zaporojye AES-in ətrafındakı ərazinin hərbsizləşdirilməsinin tərəfdarıdır.

Ordu.az xəbər verir ki, bu barədə Fransanın energetika naziri Aqnes Panye-Ryunaşe RTL radiostansiyasının efirində bildirib.

"Biz Zaporojye AES ərazisinin hərbsizləşdirilməsini qətiyyətlə tələb edirik. Bu, kollektiv şəkildə həll edilməli olan mühüm məsələdir", - Panyer-Ryunaşe bildirib.

O qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron sentyabrın 10-da ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığında Parisin mövqeyini açıqlayıb.

Xatırladaq ki, sentyabrın 11-nə keçən gecə Kiyev vaxtı ilə saat 03:41-də Zaparojye Atom Elektrik Stansiyasının (AES) sonuncu – altıncı bloku da dayandırılıb. Hazırda AES-in soyudulması prosesinə hazırlıq görülür. Zaparojye AES-in Ukrayna elektrik şəbəkəsi ilə bütün bağlantılarının bölgədəki döyüşlər səbəbindən zərər gördüyü qeyd edilir.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyasıdır. Enerqodarda yerləşən AES hazırda Rusiya qoşunlarının nəzarəti altındadır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Fransa  


Bizi "telegram"da izləyin