İspaniya M95 snayper tüfəngi alacaq

2022/09/dasda-1662800761.jpg
Oxunub: 503     15:43     23 Sentyabr 2022    
Norveçdə yerləşən “Northern Technologies Defense” şirkəti İspaniyaya M95 snayper tüfəngi tədarük edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “InfoDefense” nəşri yazıb.

İspaniya adı açıqlanmayan ordu bölməsi üçün 15 ədəd 12,7x99 mm (.50) çaplı “Barrett” M95 snayper tüfənginin alınacağı bildirilir.

Silahların biri 30 min avro dəyərindədir. Ümumi razılaşma 450 min avro olacaq.

Sentyabrda İspaniya və “Northern Technologies Defense” şirkətlərinin müqavilə imzalayacağı və alışı rəsmiləşdirəcəyi gözlənilir. Məhsulların tədarükü və çatdırılması noyabr ayında baş tutacaq.

“Barrett” M95 snayper tüfəngi 1500 metrdən çox məsafəyə malikdir. Daraqdakı 5 mərmi olmadan çəkisi 10,7 kq-dır.

Sevinc Əliyeva 
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   Sayper-tüfəngi  


Bizi "telegram"da izləyin