Ordu.az xəbər verir ki, şirkətin “Falco” ailəsində hazırda iki məhsul var.
Buraya ağır taktiki müşahidə missiyaları üçün nəzərdə tutulan “Falco Evo” və davamlı, çox sensorlu strateji nəzarəti təmin etmək üçün nəzərdə tutulmuş daha böyük “Falco Xplorer” daxildir.
Hazırda dünyanın 60-dan çox ölkəsində “Falco” ailəsinə məxsus uçuş platformaları istifadə olunur.
“Falco EVO” PUA-nın uzunluğu 6,2 m, qanadlarının açıqlığı 12,5 m və hündürlüyü 2,5 m-dir. PUA-nın maksimal uçuş çəkisi (MTOW) 650 kq, maksimum faydalı yükləmə qabiliyyəti isə 100 kq-dan çoxdur.
PUA elektro-optik (EO)/infraqırmızı (İQ)/Lazer Məsafə Öyrənən (LRF)/Lazer İşarələndiricisi (LD), Sintetik Diyafram Radarı (SAR) da daxil olmaqla, bir çox yükləri daşıya bilir.
Sevinc Əliyeva
Ordu.az