MSPO-2022: Polşadan olan PGZ şirkəti “Parun” adlı kəşfiyyat və zərbə robotlarını təqdim edib

2022/09/MSPO_-1662662582.jpg
Oxunub: 778     18:41     10 Sentyabr 2022    
Polşanın PGZ şirkəti ölkədə keçirilən MSPO-2022 sərgisində “Parun” adlı kəşfiyyat və zərbə robotlarını təqdim edib.

Ordu.az xəbər verir ki, platformanın ümumi çəkisi 900 kiloqrama qədərdir.

4 təkərli robot maksimum 50 km/saat sürətlə ən azı 10 saat işləməyə imkan verən elektriklə təchiz edilib. Sistem açıq və şəhər mühitində kəşfiyyat və döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulub.

Sistemin prototip versiyası MSPO-2019 sərgisində nümayiş olunub. Robot Polşa Ordusunun tələblərinə uyğun olaraq hazırlanıb.

Quru platformasına 7,62 mm UKM 2000C və ya 12,7 mm WKM-B ağır pulemyotu daşıyan “ZSMU A3C” uzaqdan idarə olunan döyüş modulu quraşdırıla bilər. Qurğu optoelektron sistem, lazer məsafəölçən və GPS qəbuledicisi, atış istiqaməti detektoru ilə təchiz edilib. Robotun üzərinə quraşdırılmış “Pirat” raketi ilə “Perun” tank əleyhinə imkanlara malikdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSPO-2022   Polşa  


Bizi "telegram"da izləyin