Britaniyanın yeni XİN rəhbəri ilk danışıqları ukraynalı həmkarı ilə aparıb

2022/09/1662613470.jpg
Oxunub: 314     00:16     08 Sentyabr 2022    
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Böyük Britaniyanın yeni xarici işlər naziri Ceyms Kleverlinin telefonla danışdığı ilk xarici rəsmi şəxs olub.

Ordu.az xəbər verir ki, bu barədə ukraynalı nazir tviterdə yazıb.

“Britaniyalı həmkarım ilə danışıqlar apardım. Bizim bir məqsədimiz var: Ukrayna qalib gəlməlidir. Gəlin dünyanın qalan hissəsini buna inandırmaq üçün birlikdə fəal çalışaq - xüsusən də hələ də şübhələri olanlar üçün. Bu, həmkarımın ilk telefon zəngidir və bu fakt öz sözünü deyir”, - o qeyd edib.

Sentyabrın 6-da Böyük Britaniyanın keçmiş xarici işlər katibinin müşaviri və təhsil naziri C. Kleverli Baş nazir Liz Trasın ofisində xarici işlər naziri təyin edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Ukrayna  


Bizi "telegram"da izləyin